image here

Ölümcül xəstələrin çox ağrı hiss etməməsi üçün onlara sakitləşdirici müalicə tətbiq edən tibb bacısı Bronnie Ware "Ölümdən Əvvəlki Beş Peşmanlıq” adlı kitab yazıb. Tibb bacısının sözlərinə görə, son günlərini yaşayan insanlar pul, şöhrət və uğurlarını tamamilə unudurlar. Onlar sadəcə münasibətləri və xoşbəxtlikləri barədə peşmanlıq hissi keçirirlər.

1, "Kaş ki, insanların gözləntilərini qarşılamaq əvəzinə, öz istədiklərimi edərdim”. Bu, son günlərini yaşayan insanların ən çox peşmanlıq keçirdiyi məsələdir. Tibb bacısının sözlərinə görə, bu insanlar uğurlarından daha çox səhvləri və zəif nöqtələri barədə düşünür. Xəyallarının yarısını belə həyata keçirmədiklərini düşünərək bu zəifliklərini seçimləri ilə əlaqələndirirlər.

2. Bu insanların ikinci ən böyük peşmanlığı "kaş ki, bu qədər çox işləməsəydim” olur. Xüsusən də, kişi xəstələr bu peşmanlığı daha çox yaşayır. "Kaş bu qədər çox işləməsəydim, ailəmə çox vaxt ayırsaydım” - onların dilindən düşməyən cümlə olur. Uşaqları böyüyərkən onların yanında olmamağın peşmanlığını yaşayırlar.

3. "Kaş ki, hisslərimi açıq şəkildə ifadə edəcək qədər cəsur olaydım” - 3-cü ən böyük peşmanlıqdır. Çünki insanların çoxu qarşısındakı ilə mübahisə etməmək üçün hisslərini biruzə vermir. Tibb bacısının qənaətinə görə, əslində bir çox xəstəliyin əsas səbəbi də insanların hisslərini açıq şəkildə dilə gətirməməsidir. Hisslərini ifadə edə bilməmək insanın daxilində bir küskünlük yaradır ki, bu da zamanla xəstəliyə çevrilir.

4. Növbəti peşmanlıq yaxınlarla olan münasibətlə bağlıdır. Son günlərində insan "kaş ki, dostlarımla əlaqələrimi kəsməsəydim” olur. Çünki həyatın dəyişməsi insanlar arasında münasibətlərə təsir edir. Çox zaman əlaqələr qırılır. Lakin ömürlərinin son günlərində insanlar keçmiş dostlarını xatırlayır.

5. Sonuncu peşmanlıq isə seçimlərlə bağlıdır. Xoşbəxtliyin həyatda seçilən bir hiss olduğunu insanların çoxu ancaq ölüm yatağında anlayır. Dəyişikliklərdən qorxmaq, başqalarını xoşbəxt etmək istəyi, adətlər, standart həyat insanları əsl xoşbəxtlikdən uzaqlaşdırır.

Fotoları təqdim edirik:(publika.az)

Ölüm yatağında ən çox düşünülən 5 PEŞMANLIQ

Ölüm yatağında ən çox düşünülən 5 PEŞMANLIQ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300