Dondurularaq dirilməyi gözləyən insanlar: 200 min dollara başa gələn "ölümsüzlük”...- FOTOLAR

 

Bütün dünyada 230 cansız bədən maye azotla doldurulmuş böyük metal slindrlər içərisində, mənfi 196 dərəcədə tibbin irəliləyərək, onları yenidən həyata qaytarmasını gözləyir. Buna "cryonics” deyilir.

"Cryonics” nədir?

İnsanların gələcəkdə yenidən yaşama qayıtması üçün dondurulma kimi bilinən "cryonics” terminindən ilk dəfə 1965-ci ildə istifadə edilib. Bu barədə ilk dəfə amerikalı yazar Neil R.Jones öz romanda bəhs edib.

Tanınmış fizik Robert Ettinger isə 1964-cü ildə çap edilən "Ölümsüzlük ehtimalı” adlı kitabında insanların gələcəkdə yenidən həyata qaytarmaq üçün dondurulmasının mümkün olacağından bəhs edib.

Dünyada dondurulan ilk insan 73 yaşında ağciyər xərçəngindən ölən amerikalı psixoloq Ceyms Bedforddur. O, 1967-ci ildən bəri buzlar içində yenidən diriləcəyi günü gözləyir.

Cryonics ile ilgili görsel sonucu

 

Bir çox insan isə nano texnologiyanın və tibbin inkişafının bütün xəstəliklərə çarə ola biləcəyi fikrinə inanmır. Onların düşüncələrinə görə, bu, sadəcə insanlara danışılan və pullarının əllərindən alınması üçün ortalığa atılan bir yalandır.

Lakin aparılan bir təcrübə bunun əksini söyləyir. Ən azından Dr.Paul Segalın 1992-ci ildə "American Cryonics Society” şirkətinin sponsoruğu altında Kaliforniya Universitetində apardığı məşhur təcrübə bunu deməyə əsas verir.

Cryonics Miles ile ilgili görsel sonucu

 

Belə ki, Dr. Segal "beagle” cinsindən olan Miles adlı itini dondurub, yenidən həyata qaytarmağa nail olmuşdu. Bu təcrübə cryonicsist elm adamları üçün o gündən bəri ən böyük isbat olaraq qəbul edilir.

Milesin bədənindən qan tamamilə çəkildikdən sonra dondurularaq öldürülüb. 70 dəqiqəlik klinik ölümün ardından bədənindən çəkilən qan təkrar onun damarlarına yeridilib və otaq temperaturuna qaytarılıb. 3 yaş yarımlıq olan it həyata geri döndükdən sonra özünə xas olan bütün xarakterləri yenidən daşıyıb, onun vərdişləri və xasiyyəti dəyişməyib.

Bu, dondurulan insanların bir gün yenidən həyata döndürüldüyündə yaddaşlarının yerində olacağının isbatı kimi qəbul edilir.

Cryonics ile ilgili görsel sonucu

 

Ölülərin dondurulma prosesi, mərhələlər...

Ölmüş insanı dondurmaq üçün iki saatdan gec olmayaraq bədəninə "heparin” adlı dərman yeridilir. Bu vücudda olan qanın qatılaşmaması üçündur. Ölmüş bədən ilk olaraq buz qəlibləri ilə soyudulur və döş qəfəsi açılaraq, vücudda olan qan damarlardan tamimilə çəkilir. Yerinə mənfi 50 dərəcədə "qliserol” yeridilir. Vücuda yayılan "silisum” bədənin temperaturunun mənfi 50 dərəcəyə düşməyinə səbəb olur.

Cryonics ile ilgili görsel sonucu

 

Əlbəttə ki, bütün bu işlər cəsədi buzların içində saxlamaqla olmur. Çünki insan bədəni önləm alınmadan dondurularsa, buz kristalları hüceyrələrin çevrəsini bürüyər və suyun qurumasına səbəb olar. Bununla da gərilən hüceyrə pərdəsi yırtılar, nəticədə hüceyrələr parçalanar.

Məhz bütün bunları əngəlləmək üçün "qliserol” kimi donmayan kimyəvi mayelərdən istifadə edilir. "Yuxu boxçası”na qoyulan cəsəd çölü taxtadan, içərisi "fiberglass” (şüşə lif) materialdan hazırlanmış sandığa yerləşdirilir. Sandığın içərisinə yerləşdirilən parçaya quru buz vurularaq cəsəd soyudulur. Bu proses vücudun temperaturu mənfi 40 dərəcəyə düşənə qədər davam etdirilir.

Cryonics ile ilgili görsel sonucu

 

Bundan sonra cəsəd dibində maye halda olan azotla dolu polad slindrə yerləşdirilir. Temperatur hər gün bir miqdar aşağı endirilərək, bir həftənin sonunda tamamilə maye azota batırılır.

Bu mərhələ bitdikdən sonra cəsədin vücud temperaturu mənfi 196 dərəcəyə qədər düşür. Bununla da cəsəd təkrar həyata döndürülmək üçün "fiberglass” və izolyasiyanı artıran "kreostat” adlandırılan başqa bir slindirin içərisinə yerləşdirilir. Slindirin içərisində olan maye azotun miqdarı hər gün ölçülərək nizamlanır.

Cryonics Miles ile ilgili görsel sonucu

 

Dünyada bununla məşğul olan az sayda şirkət var. Onların ən məşhuru isə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən "Alcor life”, "Cryonics society”, "Cryonics institute” və "Trans time, İNC.” şirkətləridir.

Bu şirkətlərdə dondurulmuş olaraq bir gün diriləcəkləri günü gözləyən ümumi 230 xəstə var. Öldüyündə dondurulmasını istəyən və əvvəlcədən anlaşma imzalayan insan sayı isə 900 nəfər civarındadır.

Ä°lgili resim

 

Misal üçün, sadəcə "Alcor” şirkətində 111 insan azot dolu slindrlərin içərisində dirilməyi gözləyir. Bunlardan 76 nəfəri sadəcə başlarını dondurdan insanlardır. Geriyə qalan 35 nəfər isə bütün vücudlarını dondurdanlardır. Bundan başqa, 33 ədəd ev heyvanı da dondurulmuş vəziyyətdədir.

 

Cryonics how much ile ilgili görsel sonucu

Bəs, bütün bunlar neçəyə başa gəlir?

Öldükdən sonra dondurularaq, yenidən diriləcəyi günü gözləməyin xərci 150-200 min dollardan başlayır. Bir gün tək bir hüceyrədən həyata qayıdacağınıza inananlardansınızsa və sadəcə, başınızın dondurulmasını istəyirsinizsə, o zaman 86.000 dollar ödəməlisiniz.

Ä°lgili resim

 

Başqa şərtlər də var…

Ödənişlər əvvəlcədən edilir və ölümünüzdən sonra bütün xidmətlər ödədəyiniz pula uyğun həyata keçirilir. Ən maraqlısı isə ondadır ki, ödədiyiniz pulla yanaşı diriləcəyiniz günə qədər həmin pulun faizi hesablanır. Dirildiyinizdən sonra isə həmin faizi ödəməli olacaqsınız.

Anlaşmanı imzaladığınız firma sizə bir qolbağı və ya boyunbağı verir. Bu isə gözlənilmədən haradasa ölsəniz, sizin həmin şirkət tərəfindən tanınacağınızı qarantiya altına alır.

Toğrul İsmayıl, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300