ABŞ BMT İnsan hüquqları üzrə Şuranı tərk edir -İsrailə görə

 

ABŞ prezidenti Donald Tramp iqtidara gəlməzdən öncə verdiyi vədləri bir-bir yerinə yetirir.

 

Lakin onun fəaliyyəti ABŞ-ı ənənəvi dostları ilə düşmənə, müdafiə etdiyi dəyərlərə qarşı çevriməkdədir.
Musavat.com-un "Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Ağ Ev rəhbərliyi BMT-nin İnsan hüquqları üzrə Şurasından çıxmağa hazırlaşır. Tramp administrasiyası bunu təşkilatın "İsrailə qarşı qərəzli davranması” ilə izah edib. Bununla bağlı bəyanatın dövlət katibi Mayk Pompeo və ABŞ-ın BMT-dəki nümayəndəsi Niki Heyli tərəfindən veriləcəyi gözlənilir. D.Trampın bu qərarı verməsində milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Boltonun da rolu var.

 

Digər yandan, BMT İnsan hüquqları şurasının iyulun 2-də xüsusi sessiyaya toplanaraq Fələstin-İsrail münaqişəsini ələ alması gözlənilir.

Ä°nsan Hüquqları à žurası abà Ÿ ile ilgili görsel sonucu

 

 

 

Qeyd edək ki, İnsan Hüquqları Şurası BMT Baş Assambleyasının 15 mart 2006-cı il tarixli, 60/251 saylı qətnaməsi əsasında yaradılıb.

 

O, 1946-cı ildə qurulan İnsan hüquqları üzrə Komissiyanı əvəz edən köməkçi orqandır. Əvvəlki qurum diktaturanın hökm sürdüyü ölkələrin təmsil olunmasına görə öz avtoritetini tamamilə itirmişdi. Yeni təşkilatın nizamnaməsndə isə üzvlərdən insan hüquqları sahəsində öz ölkələrində müvafiq standartların təsis edilməsi tələb olunur. BMT İnsan hüquqları təşkilatının 47 üzvü var.

Ä°nsan Hüquqları à žurası israil ile ilgili görsel sonucu

 

 

 

Təşkilat yarandığı ilk gündən İsraillə münaqişə halındadır. Təsadüfi deyil ki, qurumun ilk iclası məhz Fələstin-İsrail probleminə həsr olunub. İsrail dəfələrlə təşkilat tərəfindən məsələnin araşdırılması üçün təyin olunan və burada Fələstin əhalisinə qarşı törədilən vəhşiliklərlə bağlı məruzələr hazırlayan Con Dügard, Cozef Qoldstoun kimi ekspertləri və ümumiyyətlə bütün təşkilatı işə qərəzlə yanaşmaqda günahlandırıb və onların hazırladığı sənədləri, habelə qurumun verdiyi qərarları tanımayacağını bəyan edib.//musavat.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300