İŞİD-in neft və qaz satışını həyata keçirən rəhbərlərindən biri öldürülüb
İŞİD-in neft və qaz satışını qanunsuz həyata keçirən rəhbərlərindən biri – Əbu Xəttab əl-İraqi öldürülüb.
Axar.az xəbər verir ki, bunu ABŞ koalisiyasının nümayəndəsi Şon Rayan deyib.
O, bildirib ki, Xəttab daha 3 İŞİD döyüşçüsü ilə birgə mayın 26-da öldürülüb.
Rayanın sözlərinə görə, sözügedən terrorçunun öldürülməsi İŞİD-in Suriya və İraqdakı əməliyyatlarını xeyli zəiflədəcək.