Qriqoryan iki ay müddətinə azadlıqdan məhrum edildi
İrəvan məhkəməsi Ermənistanın keçmiş müdafiə naziri müavini Manvel Qriqoryanın həbsinə qərar verib.
Axar.az xəbər verir ki, bu barədə "Sputnik” informasiya yayıb.
Məhkəmə Qriqoryanı iki ay müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Qriqoryan qanunsuz silah gəzdirmə və özgə əmlakını mənimsəməkdə ittham olunub.