Aİ komissarı Ermənistan XİN başçısı ilə görüşüb

 

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib.

Ermənistan KİV-ləri xəbər verir ki, iyunun 20-də Y.Hanla Z.Mnatsakanyan arasında görüş olub.

Tərəflər münaqişənin həlli üçün aparılan danışıqlar prosesinin irəliləməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına üzv olan ölkələrin xarici işlər nazirlərinin iyunun 22-də Minskdə keçiriləcək toplantısına dair müzakirələr aparılıb.

Qeyd edək ki, Ermənistaın xarici işlər naziri Zoqrab Mnatsakanyan Brüsseldə işgüzar səfərdədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300