Cənubi Koreya ÇXR və KXDR liderlərinin görüşünü yüksək qiymətləndirir

 

Cənubi Koreya Prezidenti Mun Ce-in administrasiyası Çin və Şimali Koreya liderləri Si Szinpin və Kim Çen Inın Pekində keçirilmiş görüşünün nəticələrini alqışlayır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu iyunun 20-də administrasiyanın rəsmi nümayəndəsi bildirib. "Biz bu yaxında baş tutan Şimali Koreya və Çin sammitinin nüvəsizləşdirmə prosesini bir addım irəli apardığına inanırıq və Çinin bu prosesin təhlükəsiz başa çatmasında müsbət rol oynayacağını gözləyirik”, - deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, bir qədər əvvəl Şimali Koreya lideri ÇXR-ə gələrək Si Szinpinlə görüşüb. Sammitdə Çin və KXDR-in Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində razılığa gəldiyi bildirilir. Bu, Kim Çen Inın son üç ayda Çinə artıq üçüncü səfəridir.

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In iyunun 12-də Sinqapurda baş tutan sammitdə müştərək sənədə imza atıblar. Pxenyan ABŞ tərəfdən təhlükəsizlik zəmanətinin əvəzinə öz üzərinə Koreya yarımadasının nüvəsizləşdirilməsi öhdəliyi götürüb. Bundan başqa, Tramp yarımadada Cənubi Koreya ilə müştərək hərbi təlimləri dayandırmağı vəd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300