Bolqar gənc rəfiqəsini xilas etmək üçün Pakistanı "partladacağı” ilə hədələyib

 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Çexiya polisi 21 yaşlı bolqarıstanlı gəncə qarşı ittiham irəli sürüb.

AZƏRTAC mütəşəkkil cinayətkarlığa qarşı mübarizə üzrə Bolqarıstan Milli Mərkəzinin mətbuat katibi Yaroslav İbeqeyə istinadla xəbər verir ki, həmin gənc Pakistan KİV-lərinə sms-məlumatlar və elektron məktublar göndərərək ölkə ərazisində terror aktı törədəcəyi ilə hədələyirmiş.

Kriminalistlərin verdiyi məlumata görə, Çexiyada müvəqqəti yaşayan həmin gənc 2018-ci ilin yanvar ayında öz rəfiqəsi, Lahor aeroportunda 10 kiloqram heroinlə saxlanılıb çex vətəndaşının azad olunmasına kömək məqsədilə belə hərəkətlər edib. "Çexiya vətəndaşı Nikolay İvanov” imzalı məlumatlarda göstərilirdi ki, əgər saxlanılmış Tereza Q. 48 saat ərzində azadlığa buraxılmasa, Pakistanda terror aktları törədiləcək.

Polisin məlumatına görə Plzendə saxlanılmış bolqar gənc istintaq ilə əməkdaşlıq edir. İttiham hökmü çıxarılacağı təqdirdə onu 3 ildən 12 ilədək həbs cəzası gözləyir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300