Dalya Qribauskayte:Litva bütün hücumlara hazır olmalıdır

 

Rəsmi Vilnüs bütün hücumlara hazır olmalıdır, çünki əks təqdirdə, təhlükə böyük olacaq.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu fikri Litva Prezidenti Dalya Qribauskayte Almaniyanın "Der Spiegel” jurnalına müsahibəsində deyib.

Prezident qeyd edib ki, Litva müdafiə olunmaq istədiyini və müdafiə oluna biləcəyini göstərsə, onda heç kəs ona hücum etməyəcək. Litva dövlətinin başçısı bildirib ki, Rusiya Baltikyanı ölkələrə hücum edə bilər. Baltikyanı ölkələr və Polşa ilə sərhədlərdə Rusiyanın gücü NATO-nun gücünü 10 dəfə üstələyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Moskvanın Polşa və Baltikyanı ölkələrə hücumu barədə fikirləri qəbul etməyib. O, "Euronews” telekanalına müsahibəsində deyib ki, bu fikirlər NATO-nun Rusiya sərhədlərinə əlavə hərbi kontingentlər yerləşdirməsinə bəraət qazandırmaq cəhdidir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300