Türkiyədə avtomobil qəzasında bir ailənin beş üzvü ölüb
Türkiyənin Əskişehir əyalətinin Sivrihisar rayonunda baş verən avtomobil qəzasında5 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Report” "Haber7”yə istinadən xəbər verir ki, avtomobil Sivrihisra-Eskişehir avtomobil yolunda dəmir baryerlərə çarpılaraq aşıb.
Ölənlərin hamısı bir ailənin üzvləridir.
Yaralıların həyatı üçün təhlükə olmadığı bildirilib.
Hadisənin səbəbi araşdırılır.