"Qarabağ"ın oyununun vaxtı dəyişdi -UEFA-dan yeni qərar
Uefa Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ” və "Olimpiya” (Sloveniya) arasında keçiriləcək oyunların vaxtını dəyişdirib.
"Qarabağ"ın baş meneceri Asif Əsgərovun
Qol.az-a verdiyi məlumata görə, Lüblyanada keçiriləcək ilk görüş əvvəlcədən nəzərdə
tutulduğu kimi iyulun 11-də yox, 10-da olacaq. Bakıda keçiriləcək cavab matçı
da əvvəlcə nəzərdə tutulduğundan bir gün tez - iyulun 17-də olacağı gözlənilir.
UEFA Sloveniya klublarının Avroliqa oyunlarının üst-üstə düşmə ehtimalını nəzərə
alaraq, ÇL-in bəzi oyunlarının tarixində dəyişiklik edib