Polad Aslanovun hüquqlarının bərpası üçün  adekvat addımlar atıldı

Vəkil Samir Zeynalov özünün facebooka səhifəsində Polad Aslanovun Hüquqlarının Bərpası İstiqamətində Addekvat Addımlar Atıldığı haqqında məlumat paylaşıb.Məlumatı olduğu kimi sizə təqdim edirik.
"İyul ayının 5-də, 19.04.2018-ci il tarixdə qeyri-qanuni olaraq hərbi xidmətə aparılmış və hazırda səhhətində kifayət qədər problemlər olan jurnalist
Polad Aslanov-la bağlı Müdafə Nazirliyinin Tibb Baş İdarəsinin Rəisi General-mayor Natiq Əliyevin rəsmi qəbulu həyata keçiriləcək.
Həmçinin analoji müraciət istiqamətində Cənab Nazir Zakir Həsənova, Şəxsi Heyyət Baş İdarəsinin Rəisi Cənab Kərəm Vəliyevə şikayət məktubları göndərildi. Polad Aslanovun ilkin olaraq hüquqlarının pozulmasında məsul olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi yaxın günlərdə məhkəməyə veriləcək. İnanıram ki, Polad Aslanova qarşı gerçəkləşən qanunsuz faktlar aradan qalxmaqla, geridə qalacaq reallığa obyektiv hüquqi qiymət veriləcək. Bir daha qeyd edim ki, Polad Aslanov çəkisi 41 kg olmaqla, (ürək-damar) və həmçinin "Kəskin Bronxit" xəstəliyindən əziyyət çəkir. Buna baxmayaraq o başqa sağlam əsgərlər kimi mütəmadi olaraq xüsusilə idman hazırlığına cəlb edilir.

Polad Aslanovun Hüquqlarının Müdafiə Komitəsi.

İctimai Vəkil: Samir Zeynalov"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300