Trampı oğlunu oğurlayacaqları ilə hədələdilər

 

ABŞ prezidentinin həyat yoldaşı Melanya Tramp onun və övladının ünvanına edilən təhdidlərlə əlaqədar Məxfi xidmətə müraciət edib.

Oxu.Az xəbər verir ki, bu haqda "The Daily Caller” məlumat yayıb. Məlumata görə, təhdid aktyor Piter Fondadan gəlib.

"Biz Berron Trampı anasının əlindən alıb, pedofillərlə dolu qəfəsə yerləşdirməliyik”, -deyə aktyor öz "Twitter” səhifəsində yazıb.

Birinci xanımın nümayəndəsi Stefani Qrişem Məxfi xidmətinin həmin təhdidlə bağlı məlumatlandırıldığını açıqlayıb. Onun sözlərinə görə, aktyorun bu ismarıcı olduqca "iyrənc və məsuliyyətsizdir”.

Berron Tramp ABŞ prezidenti Donald Trampın ən kiçik övladıdır, 2006-cı ildə doğulub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300