"O pambıq sahələrinə nəinki insanı, heç heyvanı da buraxmaq olmaz”- Professor

 

Son günlər Azərbaycanda pambıq sahələrində işçilərin kütləvi zəhərlənməsi faktı gündəmi zəbt edib. Bir neçə belə fakt ard-arda qeydə alındığından, məsələnin hüquqi tərəfi və tibbi baxımdan fəsadları barədə mövzu da aktuallaşıb. Pambıqçılığın inkişaf etdiyi ölkə olmağı dövlət səviyyəsində qarşısına məqsəd qoyan ölkə olaraq yolun başında belə bir problemlərin olması isə ciddi siqnaldır. Deməli, hansısa məqamda boşluqlar var ki, dövlət başçısının nəzarətində olan bu sahə son 10 gündə xoşagəlməz olaylarla gündəmi zəbt edir.

 

Uluyol.az xəbər verir ki, məsələnin tibbi baxımdan şərhi üçün Medicina.az-ın əməkdaşı tibb üzrə ekspert, professor Vüqar Məmmədova müraciət edib.

 

Ekspert bildirib ki, inkişaf etmiş ölkələrdə pestisid səpilmiş əkin sahələrinə heç heyvanı da buraxmırlar: "İlk olaraq onu qeyd edim ki, bu gün rayonlarda pambıq sahələrinə insanların, hətta tibb işçisi və müəllimlərin məcburi olaraq işçi qüvvəsi kimi çıxarılması sovet dövründən qalma məsələdir, heç bir qanunvericiliyə uyğun deyil, yerli icra orqanlarının öz vəzifəsindən sui-istifadə etməsidir.

 

Ona görə tarlada baş vermiş hər hansı hadisəyə, həmin insanlara dəymiş ziyana, zərərə görə mütləq araşdırılma aparılıb, hüquqi müstəvidə cəza tətbiq olunmalıdır.

 

Azərbaycan vətəndaşı öz sağlamlığı təhlükə altında qoyulduqda və səhhətinə dəyən zərərə görə istənilən halda məhkəməyə müraciət edə bilər. Bu, onun hüququdur.

 

Təəssüf ki, vətəndaşlarımız bu hüququnu bilmir, istifadə etmir, rayon yerlərində xətir-hörmət, xahişlərə görə susur.

 

Müasir inkişaf etmiş ölkələrdə pestisid, defoliant səpilmiş açıq əkin sahəsinə nəinki insanı, heç heyvanları da buraxmazlar. Alman, fransız, ingilis bu səhvi etməz, heç o ölkələrdə insanlar da buna getməz. Çünki bilirlər ki, kiçik bir məsuliyyətsizliyin cəzası, cəriməsi necə ağır ola bilər”.

 

V. Məmmədov pambıqçıların zəhərləndiyi pestidis və digər maddələrin gələcək nəsillərə ziyan vura biləcəyini də açıqlayıb: "Pestisid və digər maddələrin bundan sonra o insanların sağlamlığında, hətta ailə üzvlərində, gələcək nəsillərində nə kimi fəsadlar verəcəyi məsələsinə gəlincə, bir həkim və tibb üzrə ekspert kimi mən sahəyə səpilən o maddənin kimyəvi-bioloji tərkibini dəqiqliklə bilməsəm, konkret nəsə deyə bilmərəm. Əgər deyilənlər kimi Vyetnamda istifadə olunan o toksiki maddədirsə, bu maddə həmin ərazidə yaşayan insanlara, heyvanat ailəminə və faunaya ciddi zərər verib, gələcək nəsillərdə genetik mutasiya və xəstəliklərə gətirib çıxara bilər.

 

İnanmıram ki, ölkəyə gətirilən pestisidlərin tərkibində qeyri-adi nəsə olsun. Burda problem təhlükəsizlik qaydalarına və dünya standartlarına riayət etməməkdir. O nöqteyi-nəzərdən ortada cinayət faktı var.

 

Bu maddələr digər ölkələrdə ciddi nəzarət altındadır, ciddi yoxlanır və bir çox yerlərdə qadağan da olunub.

 

Azərbaycanda əkin sahələrinə səpilən hər bir kimyəvi maddə, pestisidlərin keyfiyyəti, mənbəyi, tərkibi ciddi araşdırılmalıdır.

 

Söhbət Azərbaycan əhalisinin sağlamlığından, gələcək nəsillərin qorunmasından gedir. Belə ümummili məsələdə ən xırda səhv belə böyük fəsadlara yol açır”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300