Tramp miqrantlarla bağlı qalmaqallı praktikanı ləğv etdi

 

ABŞ prezidenti Donald Tramp ailələrin ayrı düşməməsi üçün qanunsuz miqrantların sərhəddə övladları ilə birgə saxlanılması ilə bağlı fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Fərmana görə, bundan başqa miqrant uşaqların işlərinə birinci növbədə baxılacaq. Habelə Ağ Ev rəhbərinin sözlərinə görə bu Vaşinqtonun qanunsuz miqrasiyaya qarşı "sıfır təmkinlilik” siyasətini ləğv etdiyi anlamına gəlmir.

Oval kabinetdə sənədin imzalanmasında daxili təhlükəsizlik naziri Kirsten Nilsen və vitse-prezident Mayk Pens də iştirak edib.

Xatırladaq ki, aprel ayında ABŞ ədliyyə nazirliyi qeyri-leqallara, o cümlədən qanunsuz miqrantların övladlarına qarşı "sıfır təmlinlilik” siyasəti elan edib.

Saxlanılmış valideynlər həbsxanalara göndərilir və barələrində cinayət işi açılır, övladları isə uşaq evlərinə yerləşdirilir.

Bu praktika ölkədə böyük qalmaqala səbəb olmuş, insan haqları fəallarının ciddi etirazına yol açmışdı.

Məlumata görə təkcə aprel-may ayları ərzində bu praktikaya görə iki mindən çox insan valideynlərindən didərgin düşüb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300