"Ürəyimizin odu – Rəsulzadə ruhu"-Zakir İsmayıl

Bir dini məclisdə elm, və urfan sahibi uca yaradan haqqında danışarkən «Allahı məsçiddə, kilsədə axtarmayın, Allahı qəlbinizdə axtarın, onun məskən saldığı yer bəndələrinin ürəyidir, qəlbidir, ilahi eşq ürəkdə, ilahi eşq ruhda olur» – dedi…

Milli dövlətimizin qurucusu və memarı, Azərbaycan sevdalısı, abidəsi hər bir vətənsevər və azadlıqsevər insanın qəlbində ucalan Məmməd Əmin Rəsulzadə kimi… Onun haqqinda yazmaq, hisslərimi, duyğularımı çoxdandır bölüşmək istəyirdim…

İlk öncə qəlbimin Rəzulzadə kimdir sualına cavab verərkən deyərdim ki, Azərbaycan poyeziyasında Məhəmməd Fuzuli kimdirsə Azerbaycan siyası həyatının və diplomatiyasinin Fuzulisi də RƏSULZADƏDİR. Anadan olanda insanlığa, vətənə, millətə və bəşəriyyətə sevgi ruhunda göz açan bu insanin gördüyü işləri bir ömurə siğışdirmaq mümkün deyil.

Qurucusu olduğu Müsavat Partiyasnı bir firqədən, bir partiyadan daha çox, bir milli ideologiyaya çevirməyi bacaran KİŞİ…

Elə bu səbəbdəndir ki, illər uzunu üzvlərinin böyük əksəriyyəti çətin və məşəqqətli bir ömür yaşasalar da, nə tutduğu yola, nə düşdüyü sevdaya asi oldular. Solovki ölüm düşərgələrində öz qanları ilə millətin şərəf və ləyaqət tarixini yazdılar…

Onun adı Azərbaycan Xalq Cümhuriyyəti ilə qoşa çəkilir. Bəzən AXC-nin sinionimi kimi qəbul edilir. Ulu ondərin yoxdan qurdugu Azərbaycan Demokratik Cumhuriyyəti daxili ve xarici düşmənlərin basqılarına baxmayaraq iki ilə yaxin bir muddətdə yaşadı ve fealiyyet gosterdi. O zaman Rəsulzadə bu dövləti qurmasaydı, biz bu gün də Rusiyanın tərkib hissəsi kimi yasamağa məhkum olacaqdıq. İki il ərzində olkədə demokratik inistitutlar təsis edildi. Ordu yarandi. Ölkənin dünya birliyi tərəfindən tanınması üçün böyük islər görüldü. Bu gənc demokratik müsəlman dövlətinin yaranması heç də hamını sevindirmirdi. Erməni daşnaklarının və yerli rus nökərlərinin səyi nəticəsində 11-ci "qızıl ordu” adıyla bolşevik Rusiyası Azerbaycani işğal etdi. Həyatını xalqı ücün fəda edən ulu ondərin qara günləri bundan sonra başladı.

İlk əvvəl məhbəs həyatı və sonralar ömrünün sonuna qədər mühacirət həyatı yaşamaq düşdu onun bəxtinə. Amma mühaciretde kecirdiyi məşşəqqətli həyat yolunda her an vətəninin azadligini düşündü ve bu yolda ömrünün sonuna qədər mübarizə apardi Rəsulzadə. O, bir zamanlar Azərbaycanı azad və bütöv görəcəyinə inanirdi. Vətən aşiqi olan ulu öndər qürbətdə son nəfəsində belə vətənini düşünərək üç dəfə"Azərbaycan, Azərbaycan, Azərbaycan”  deyərək dünyaya gözünü yumdu.

Stalinlə səxsi dostluğundan istifadə edərək həyatını qura bilərdi. Amma onun yeganə amalı Azərbaycanın azad edilməsi idi. Qırx il qul ömrü yaşamaqdansa qürbətdə də olsa mücadilə etməyi üstün tutdu Rəsulzadə.

Min bir zillətlə qurduğu dövləti bu gün idarə edənlər nə etdilər bu böyük insan üçün? Abidəsinin ucaldılması  üçün səhərin mərkəzinde ayrılmış yerdə fantan düzəltdilər. BDU-dan büstünü  götürdülər. Sabirabadda, Gəncədə abidəsinin başına çuval saldılar…

Bunlar azmiş kimi Naqif adlı bir naqis deputat Rəsulzadə haqqında nalayiq sözlər işlədərək sərhədləri aşdı. Rəsulzadə bir dəyərdir, ona hörmətsizlik etmək dəyərləri tapdalamaqdır. Rəsulzadəyə bu xalqın qəlbində böyük sevgi var. O Azərbaycan sevgisi ilə yaşadığı kimi, Azərbaycan xalqı da Rəsulzadə sevgisi ilə yaşayacaq.

Zaman ən böyük hakimdir. Onun hökmünün qarşısını almaga kimsənin gücü çatmaz. "İnsanlara hürriyyət, millətlərə istiqlal”, – dedi Ulu Öndər, 70 ildən sonra istiqlalımızı təkrar qazandıq. «Bir kərə yüksələn bayraq bir daha enməz», – dedi, qürur mənbəyimiz olan üç rəngli bayrağımızı ürəyimizin odu və Rəzulzadə ruhu ilə yüksəltdik. Bu millətə istiqlalı biz gətirdik, azadlığı da biz gətirəcəyik. Qəlbimizdəki Rəsulzadə ruhu ilə…

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300