Facebook-da yenilik - pul qazanmaq olacaq

Facebook-un bu yeni layihəsinin peşəkarlara yeni sərhədlər açacaq və yeni qazanc yeri açacaq.

 

Modern.az "RBC” nəşrinə istinadən xəbər verir ki, yenilik bir sıra qruplara pullu abunəliyin tətbiq edilməsi məsələsidir.

 

Artıq adminstratorlar qruplara pullu abunəlik tətbiq edə biləcəklər.

 

"The Business İnsider” nəşrinin məlumatına görə hazırda bu yenilik bir neçə qrupda tətbiq edilir və abunəlik aylıq 30 dollar civarındadır.

 

Buna misal olaraq "Declutter My Home” qrupunda tətbiq edilən 14,99 dollar təşkil edən abunəliyi göstərmək olar. Bu qrup əsasən öz abunəçilərinə ev və məişət texnikaları ilə bağlı xüsusi tövsiyələr verir.

 

Beləliklə istifadəçilər öz xidmətlərini pullu abunəlik vasitəsi ilə təklif edə biləcəklər. Hazırda sosial şəbəkədə həm pulsuz həm də pullu abunəlik qrupları ilə çıxış edənlər də var.

 

Abunə haqlarını xüsusi proqramlar vasitəsi ilə yığmaq mümkündür.

 

Sosial şəbəkə rəhbərliyi isə bu yığılan haqlardan özünə pay götürməyəcək. Bütün gəlirlər qrup rəhbərlərinə qalacaq.

 

Qeyd edək ki, bundan əvvəl Facebook canlı yayım texnologiyasını tətbiq edib. "Cheddar” kanlının məlumatına görə isə şəbəkə öz kriptovalyutasını tətbiq etmək niyyətindədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300