Kürdə boğulan 16 yaşlı gəncin
meyiti sudan çıxarılıb
Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.
Bu barədə"Report"a FHN-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə,C.Əlilinin cəsədi FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.