Məşhur professordan İNANILMAZ SÖZLƏR: hər gün bunu etsəniz... - FOTO

 

Türkiyəli kardiloloq və professor Canan Karatay hamilə qadınlara gündə 10 ədəd kənd yumurtası yeməyi məsləhət görüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim növbəti dəfə hamiləlik haqqında açıqlaması ilə hər kəsi təəccübləndirib.

Ürək və daxili xəstəliklər üzrə ekspert hesab edir ki, hamilə qadın bir ayda 3 kq kökəlməlidir: "Hamilə və süd verən qadınlar hər gün 10 kənd yumurtası yeyə bilər. Yumurta onlara kömək edir ki, sinir sistemi özünü toplasın və hamiləlikdən sonra sağlam şəkildə arıqlasınlar”.


 

Canan Karatay onu da əlavə edib ki, 10 ədəd yumurtanı əlbəttə bir dəfəyə deyil, gün ərzində, müxtəlif vaxt intervallarında yemək lazımdır. Söhbətinə dünyadan nümunələr verərək davam edən Karatay Çində hamilələrin və əmizdirən anaların də gündə 10 yumurta yediklərinin vurğulayıb.

Karatay yalnız analar üçün deyil, uşağın beyin inkişafı üçün də yumurtanın vacib olduğunu dilə gətirib: "Hamiləlikdə şəkərdən mütləq uzaq durun. Atam şəkər xəstəsi idi, anam bizə uşaqlığınızdan bəri çayı və qəhvəni şəkərsiz içirərdi. Mən də uşaqlıqdan şəkərsiz böyümüşəm. Şəkər lazımlı qida deyil. Deyildiyi kimi, beyin şəkərlə qidalanmır. Əksinə şəkər bir çox xəstəliyə zəmin hazırlayır. Bu gün Altsheymer xəstəliyinə beynin 3-cü tip şəkər xəstəliyi deyilir.

Canan Karatay bu sefer hamileler için konuà Ÿtu: Günde 10 yumurta yiyin

 

Hamiləlikdə qadınların bədəni adətən xəmir xörəkləri tələb etmir. Əgər bunu istəyirlərsə, böyük ehtimalla onların gizli şəkəri var. Əsl problem odur ki, qadınlar gizli şəkəri, ya da şəkər xəstəsi olduğunu bilmədən hamilə qalırlar. İnsan bədəninin 60 faizi sudur, 20 faizi protein, 19,9 faizi yağ və yalnız 1 faizdən azı karbohidratdır.

Hamiləlikdən ən az 6 ay əvvəl həyat tərzinizi dəyişdirin. Gələcək ata və ana namizədi olaraq bədəninizi toksinlərdən təmizləyin. Sağlam uşaq dünyaya gətirmək üçün güman etdiyimiz kimi yalnız ananın deyil, atanın da ciddi rolu var. Valideynlərin immunitet sistemi, vitamin və mineral çatışmazlığı (xüsusən, D vitamini) gələcək körpənizin sağlamlığı üzərində güman etdiyinizdən daha təsirlidir".

Qeyd: Hamilə və süd verən analar, bu təklifləri tətbiq etməzdən əvvəl mütləq öz həkiminizə məsləhətləşin!

Aytən, publika.az 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300