Bəşər Əsəd:"Trampla danışıqlar aparmaq vaxt itkisidir"

 

 

Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, hazırda Amerika lideri Donald Trampla danışıqlar aparmaq mənasız olardı.

O, bunu NTV telekanalına müsahibəsində deyib.

"İndi ABŞ-la danışıqlar aparmaq vaxt itkisidir. Biz amerikalılarla ona görə danışmaq istəmirik ki, onlar amerikalıdırlar. Biz nəticə əldə edə biləcəyimiz hər kəslə danışıqlar aparmağa hazırıq", - deyə siyasətçi bildirib.

Bununla yanaşı Əsəd qeyd edib ki, Amerika prezidentləri lobbiçilərin girovlarıdırlar:

"Onların problemi ondan ibarətdir ki, neft-qaz korporasiyaları, silah istehsalçıları və iri media qurumlarının maraqlarına xidmət etmək məcburiyyətindədirlər. Bu səbəbdən Qərb nümayəndələri danışıqlarda həmsöhbətlərinə onun istədiyini deyib, əməldə əksini edə bilərlər. Biz Amerika siyasətinin yaxın gələcəkdə dəyişəcəyinə inanmırıq", - deyə o əlavə edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300