Sabah Türkiyədə prezident və parlament seçkiləridir

 

Seçkiqabağı sükut günü başladı

 

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Artıq təbliğat və təşviqat kampaniyalarına yekun vurulub. Bu gün ölkədə seçkiqabağı sükut günüdür.

 

Azərtac xəbər verir ki, Ali Seçki Komissiyasının müvafiq qərarına əsasən Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirtaş və Teməl Karamollaoğlunun adları səsvermə bülleteninə daxil edilib.

 

Səsvermə və onun nəticələrini izləmək üçün Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV təmsilçiləri üçün üç mətbuat mərkəzi fəaliyyət göstərəcək. Nazirlər Kabinetinin mətbuat və informasiya baş idarəsi tərəfindən təşkil olunan bu mərkəzlərdə KİV nümayəndələri üçün bütün texniki şərait yaradılıb.

 

Ən son məlumata görə, ölkə üzrə ümumilikdə 60 milyona yaxın vətəndaş səsvermə hüququna malikdir. Türkiyənin 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəliyində qeydə alınmış təxminən 3,5 milyon seçicinin təxminən yarısı prosesdə iştirak edib. Azərbaycandakı Türkiyə vətəndaşları iyunun 17-də Bakı, Naxçıvan və Gəncə şəhərlərindəki diplomatik nümayəndəliklərdə səs veriblər.

 

Türkiyə Ali Seçki Komissiyasının qərarına əsasən, əvvəlcə prezidentliyə namizədlərin səsləri sayılacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300