Baş nazirin müavini: "Azərbaycan narkotiklərin dövriyyəsi üçün tranzit ölkədir"

 

"Cari ilin 5 ayı ərzində 1 ton 400 kiloqrama yaxın narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb".

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib. O bildirib ki, bu il narkotiklərin 700 kiloqramı Dövlət Gömrük Komitəsi tərəfindən dövriyyədən çıxarılıb: "Azərbaycan narkotiklərin dövriyyəsi üçün tranzit ölkədir. Xüsusilə Astara, Lənkəran, Cəlilabad, Biləsuvar və Masallıya İrandan narkotik maddələr daşınır".

Ə. Həsənov Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayını da açıqlayıb. O qeyd edib ki, Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 30 mindən çoxdur: "30 mindən 12 mini Bakı şəhərini, 12 mini isə Lənkəran şəhərini əhatə edir. 2017-ci ildə isə 2000 nəfərdən çox şəxs narkotik istifadəçisi kimi qeydiyyata götürülüb".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300