Ağdaşda 24 yaşlı oğlan itkin düşüb

 

Ağdaş rayon sakini naməlum şəraitdə itkin düşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Güvəkənd kənd sakini, 1994-cü il təvəllüdlü Qədirov Rüstəm İltifat oğlu iyunun 22-də saat 10:00 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və qayıtmayıb.

Ruhi əsəb xəstəsi olduğu bildirilən Rüstəm Qədirovun sonuncu dəfə Ucar rayonu ərazisində göründüyü deyilir. Boyu təxminən 175-180 santimetr olan Rüstəm Qədirov evdən çıxarkən əynində qara rəngli pencək və cins şalvar, qara rəngli kofta və ayağında çəkələk olub.

O, Ağdaş rayon Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub. Onu görən şəxslərdən xahiş olunur ki, Ağdaş rayon Polis Şöbəsinin 0504747177 və 0202355181 telefon nömrələrinə zəng edərək məlumat versinlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300