Nikol Paşinyan:"Qarabağda misli görünməmiş vəziyyət yaranıb"

 

Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsindən canlı yayım zamanı istifadəçilərdən birinin Qarabağdakı vəziyyət barədə sualına cavab verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan onun baş nazir seçilməsindən bu yana Qarabağda "misli görünməmiş vəziyyət yarandığını” açıqlayıb.

"Bu dövr ərzində atışmaların intensivliyi misli görünməmiş dərəcədə aşağı olub. Bəzən 2000-ci illər səviyyəsinə enib. Mənim baş nazir seçilməyimdə sonra biz atəşkəsin pozulmasının misli görünməmiş dərəcədə aşağı səviyyəsini müşahidə edirik. Təəsüf ki, itkilərimiz oldu. Habelə təmas xəttində qoşunların hərəkəti və Naxçıvanla sərhəddə gərginlik müşahidə olunur”-Ermənistanın baş naziri bildirib.

Bununla belə Paşinyan deyib ki, müharibəyə həmişə hazır olmaq lazımdır. O, "bir anlıq da sayıqlığı itirməmək” barədə əmr verdiyini deyib.

"Sonda münaqişə həllini tapmayıb-biz yarımmüharibə vəziyyətindəyik və işimizi davam etdirməliyik, silahlı qüvvələr də öz işini görməlidir. Hər şey necə varsa elə. Biz qoşunlarımızın döyüş qabiliyyətinin artırılması üzərində işləyirik. Qanunsuzluqların qarşısı alınmalı, əsgər payının oğurlanmasına yol verilməməli, əsgərlərin mümkün qədər rahat xidmət keçməsi üçün şərait yaradılmalıdır. Qarabağdakı şərtlər indi situasiyanın sakitliyi baxımından misli görünməmişdir”-Paşinyan əlavə edib.

Ermənistan baş naziri deyib ki, erməni tərəfi müdafiə olunmağa hazırdır, amma müharibəni birinci başlamayacaq.

//Virtualaz.org

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300