Canluici Buffon karyerasını PSJ klubunda davam etdirəcək

 

İtaliya milli komandasının və "Yuventus" klubunun sabiq qapıçsı Canluici Buffon karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.

"Report"un "Sport RMC" nəşrinə istinadən verdiyi məlumata görə, Paris təmsilçisi 40 yaşlı qolkiperlə müqavilənin detallarını razılaşdırıb. Təcrübəli oyunçu iki il Fransa klubunda çıxış edəcək. O, yaxın günlərdə tibbi müayinədən keçəcək və PSJ ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Canluici Buffon 2001-ci ildən "Yuventus"da çıxış edib. O, kapitan sarğısını daşıdığı Turin təmsilçisinin heyətində 9 dəfə İtaliya çempionluğu, 4 dəfə İtaliya Kubokunu, 5 dəfə ölkə Super Kubokunu qazanıb. Buffon həmçinin 2006-cı ildə İtaliya yığması ilə birgə dünya çempionu olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300