Çaylarda sululuq səviyyəsi açıqlandı

 

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 50-140, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib.

 

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, iyunun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 300 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 67 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 163 m3/s təşkil edərək ongünlük normanın 98 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyunun 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 14, Şirvanda 22, Salyanda 40, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 30 sm azalma qeydə alınıb.

 

Surra məntəqəsində suyun səviyyəsi 349 sm (2017-ci il iyunun 25-də 428 sm), Şirvanda 243 sm (2017-ci il iyunun 25-də 301 sm), Salyanda 155 sm (2017-ci il iyunun 25-də 209 sm), Bankədə 177 sm (2017-ci il iyunun 25-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il iyunun 25-də 133 sm) təşkil edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300