Alimlər həyatı uzadan maddənin tapıldığını iddia edirlər

 

Marşal Universitetinin mütəxəssisləri qocalma prosesinə təsir edən spesifik ferment aşkarladıqlarını iddia edirlər.

AZƏRTAC "EurekAlert” portalına istinadla xəbər verir ki, alimlər natrium-kalium adenozintrifosfataza adlı maddənin orqanizmin cavanlıq dövrünü uzadaraq oksigenin aktiv formasının (OAF) generasiya siklində iştirakını müəyyənləşdiriblər.

Tədqiqatçılar əzələ üzərində təcrübə apararaq, il ərzində gəmiricilərə tərkibində çoxlu piy və karbohidrat olan yem veriblər. Orqanizmdə hüceyrələrin oksidləşməsinə və məhvinə səbəb olan çox sayda oksigen radikallarının sintezi nəticəsində belə "pəhriz” aşkar qocalma əlamətlərinin peyda olmasına gətirib çıxarıb. Bununla belə, fermentlə inyeksiya olunan siçanların bir hissəsində müvafiq proseslərin xeyli ləngiməsi müşahidə edilib.

Həmçinin alimlər insanın bağlayıcı toxumaları üzərində də təcrübə aparıb və analoji nəticə əldə ediblər. Mütəxəssislər klinik təcrübələrdən sonra fermentin qocalma əleyhinə terapiyanın əsası ola biləcəyini düşünürlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300