"Söz verirəm ki, Fransa üçün asan oyun olmayacaq" Messi

 

"Balanslı oyun idi. Birinci hissədə topa daha çox nəzarət edirdik. Hətta qol epizodlarımız oldu. İkinci hissədə penaltidən rəqib fərqləndi və biz əsəbiləşməyə başladıq. Bizim üçün vaxt uçurdu. İlk hissə ilə müqayisədə daha çox hücum etməyə başladıq. Buna görə ikinci qolu vurduq".

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2018-in qrup mərhələsində Nigeriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, çox əziyyət çəkdiklərini bildirib: "Çətin oyun idi. Roxo qol vurduqdan sonra rahatladıq. Bundan əvvəl yaxşı oynamamışdıq. Əsas odur ki, məqsədimizə çatdıq. Belə əziyyət çəkəcəyimizi düşünmürdük. Təəssüf ki, çətin idi, amma növbəti mərhələyə keçdik".

L.Messi 1/8 finalda qarşılaşacaqları Fransa millisi haqda da danışıb: "Bəli, əlbəttə, biz bütün oyunlara baxırıq. Fransada çox yaxşı oyunçular var. Müdafiə, yarımmüdafiə və hücum xətti güclüdür. Onlar çox sürətlidirlər. "Barselona”dan bir neçə fransız oyunçunu tanıyıram. Onlara qarşı nə edəcəyimi bilirəm. Söz verirəm, Fransa üçün asan oyun olmayacaq".

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300