Putin Trampın müşaviri ilə görüşdü
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu qəbul edib.
Virtualaz.orgyerli KİV-ə istinadən bildirir ki, görüş Kremldə olub.
C. Bolton Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşüb və Rusiya Təhlükəsizlik Şurasında danışıqlar aparıb. Yeri gəlmişkən, onun S.Lavrovla görüşü mətbuata qapalı şəkildə keçib.
Qeyd edək ki, tərəflər V. Putin və D. Trampın görüşünə hazırlıq görür.