Sərkisyanın baş cangüdəninin oğlu silah alveri edirmiş

 

Ermənistanda keçmiş prezident Serj Sərkisyanın mühafizə xidmətinin keçmiş rəhbəri, bu günlərdə bankdan milyonlarla dollar çıxararkən həbs edilmiş Vaçaqan Kazaryanın oğlu silah alveri ilə məşğul imiş

 

Bunu "Rosbalt”a müsahibəsində erməni siyasətçi və ictimai xadim Boris Avakyan deyib.

 

"Heç kimə sirr deyil ki, Vaçaqan Kazaryan Dövlət Gəlirləri Komitəsini, hansı ki, bura gömrük və vergi xidmətləri də daxildir, tamamilə nəzarət altında saxlayırdı. Habelə onun Mərkəzi Bank üzərində böyük təsiri vardı. İndi belə görünür ki, o kölgə biznes-sxemlərinə himayəçilikdən əldə etdiyi pulları ölkədən çıxarmaq istəyirmiş. Kazaryandan tapılan pulların məbləği məni qətiyyən təəcübləndirmir. Hətta onun oğlu mənimlə tanış olan vaxtlarda, özü də şahidlərin yanında deyirdi ki, silah alveri ilə məşğuldur və Serj Sərkisyandan sonra Ermənistanın növbəti prezidenti olacaq. Vaçaqan Kazaryanın arzusunun səviyyəsindən çıxış edərək onun özünün ambisiyaları haqda fikir yürütmək olar”-erməni siyasətçi deyib.(Virtualaz.org)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300