Taxta yeşik biznesi - Xaçmazda meşələrə qarşı "soyqırım" -Fotolar

Xaçmaz rayon Müşkür kəndi ərazisindəki meşələrə sözün əsl mənasında divan tutulur

 

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Xaçmaz rayonunda taxta yeşik biznesi ilə məşğul olan şəxslər meşələri qırırlar. Onlar özlərinə məxsus sexlərdə taxta yeşiklər düzəldib, satışa çıxarırlar. Araşdırmamız zamanı həmin şəxslərdən ikisinin adını öyrənə bilmişik. Onlardan birinin adı Aydın, digərinin adı isə Hacıdır.https://yenicag.az/

 

İddiaya görə, taxta yeşik istehsalı ilə məşğul olan şəxslər meşə idarəsinin müdiri Alim Əlizadə ilə əlbir olaraq bu addımı atırlar. İstehsalçılardan biri özünü keçmiş MTN şefi Eldar Mahmudovun qohumu kimi təqdim edir. Digəri isə Qarabağ müharibəsinin iştirakçısı olmasa da, özünə saxta sənədlərlə veteranlıq düzəldərək, onların üzərinə gedən şəxsləri şantaj edir.


 

 

 

Taxta yeşik biznesi ilə məşğul olan şəxslərdən əldə etdiyimiz məlumata görə, onlar yuxarılara hesab çatdırırlar. Onların yuxarı dediyi şəxslər isə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və meşələrin inkişafı departamentinin direktor əvəzi Söhrab Abbasovdur.

 

Məsələ ilə bağlı araşdırma aparan zaman məlum olur ki, ölkədəki meşələrin qırılmasına "hə” deyən şəxslər yuxarıda adı gedən məmurlardır.

 

Xaçmaz meyvəçilik, tərəvəzçilik rayonudur. Ona görə də, burada taxta yeşiklərinin alqı-satqısı da digər bölgələrə nisbətən tələbatlıdır. Taxta yeşik biznesi ilə məşğul olan şəxslər hər hansısa yolla ağac əldə etməlidirlər. Bu məqsədlə də daha çox qanunsuz yola əl atılır. Onlar üçün ən yaxşı xammal isə meşələrdir.

 

Meşələrə baxış keçirilən zaman görünən odur ki, bir neçə il öncə keçilməz olan yerlər, artıq stadionu xatırladır.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300