Yeni xəbər telekanalının yerüstü yayıma başlayacağı vaxt AÇIQLANDI

 

"İxtisaslaşmış (xəbər) televiziya kanalının yerüstü yayımı sentyabr-oktyabr aylarına planlaşdırılır".

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri, professor İsa Məmmədov deyib.

O bildirib ki, ixtisaslaşmış (xəbər) televiziya kanalı ARB 24 adı altında peykdən yayımlanır: "ARB 24-ün yerüstü yayımı isə sentyabr-oktyabr aylarında 31-ci TV yayım kanalında aparılacaq. Hazırda 31-ci TV kanalında CBC Sport HD və Xəzər TV HD yayımlanır".

Şöbə müdiri qeyd edib ki, hazırda TV vericisinin gücü 1 kVt-dır: "Xəbər telekanalı fəaliyyətə başlayana qədər bu güc 2 kVta qədər artırılacaq".

Qeyd edək ki, MTRŞ "Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan edib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300