"Fəxr edirəm ki, azəriyəm, türkəm” – DÇ-2018-də qol vuran futbolçu

 

Bu gün sosial şəbəkələrdə İran millisinin futbolçusu Kərim Ansarifardla bağlı maraqlı video yayılıb.

Qol.az-ın xəbərinə görə, bu video bir müddət əvvəl İran telekanallarından birində yayılıb (video xəbərin sonunda). Verilişlərdən birində qonaq olan Kərim Ansarifard Azərbaycan türkü olmağıyla fəxr etdiyini deyir:

"Mənə iftaxırdır ki, ərdəbilliyəm, azəriyəm, türkəm. Hər yerdə də demişəm ki, mən Ərdəbil uşağıyam” – deyə o bildirib.

Qeyd edək ki, İran millisinin əsas oyunçusu olan Kərim Ansarifard 1990-cı ilin aprelin 3-də Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Millinin əsas oyunçusu olan Kərim DÇ-2018-də qrupun hər üç oyununda iştirak edib. O, Portuqaliya – İran matçının (1:1) 90-cı dəqiqəsində penaltidən komandasının yeganə qolunu vurub.

Hazırda Yunanıstanın "Olimpiakos” klubunda çıxış edən Kərim 2011-ci ildə İranda ilin idmançısı seçilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300