Türkiyənin hakim partiyasının növbədənkənar qurultayının vaxtı açıqlanıb
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 6-cı növbədənkənar qurultayının vaxtı açıqlanıb.
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bu barədə AKP sözçüsü Mahir Ünal keçirdiyi mətbuat konfransında məlumat verib.
Qurultayın bu il avqustun 18-də keçirilməsi barədə qərar qəbul olunub.