Tibb Universitetinin məzunları etiraza qalxdı

 

 

Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirilib

 

Tibb Universitetinin məzunları Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar rezidenturaya qəbul planının artırılmasını tələb edirlər.

 

Universitetin İctimai səhiyyə fakültəsinin məzunu Aynurə Əliyeva "BBC News Azərbaycanca”ya deyib ki, imtahana az qalmış rezidenturaya qəbul planının azaldılmasından xəbər tutublar. Bu isə məzunlar arasında narazılığa səbəb olub.

 

"Biz birinci mərhələdən keçmişik. Gəlmişik ki, ikinci mərhələdən keçək, məlum olur ki, yerlər məhdudlaşdırılıb. Belə çıxır ki, çoxumuz düzdə qalacağıq, 50 faiz ixtisaslaşa bilməyəcək”, – deyə Aynurə Əhmədova deyib.

 

Etirazçılar qəbul planının artırılmasını, hər dörd nəfərdən üçünün rezidenturaya girmək şansının olmasını istəyirlər.

 

Rezidenturaya qəbul ərizəsi verənlər deyirlər ki, yerlərin məhdudlaşdırılması məzunları çətin vəziyyətə salır. Onların fikrincə, bu, imtahanların süni şəkildə daha da çətinləşdirilməsinə gətirib çıxaracaq.

 

Məzunlar deyirlər ki, keçən il qəbul planı 504 yer olub, bu il isə yerlər 332-yə salınıb. Onlar deyirlər ki, Tibb Universitetinə qəbul planı azaldılmayıb, bu isə o deməkdir ki, yüzlərlə həkim-məzun hər il ixtisaslaşma imkanını itirəcək. "Həkimə ehtiyac olan bir ölkədə həkimlərin ixtisaslaşmasının qarşısını necə almaq olar?” tələbələr əlavə ediblər.

 

Səhiyyə Nazirliyinin rəsmisi bildirib ki, rezidenturaya qəbul planı ehtiyaclara əsasən müəyyənləşir və hazırda ölkədə həkimə əsas ehtiyac bölgələrdədir. Anma bu məsələ araşdırılandan sonra etirazçılara cavab veriləcəyi bildirilib.(BBC Azərbaycanca)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300