İsveçrə Gülnarə Kərimovanın 777 milyonunu Özbəkistana qaytarır

 

Özbəkistan Baş Prokurorluğu eks-prezidentin qızı Gülnarə Kərimovaya məxsus dondurulmuş vəsaitlərin bir hissəsinin İsveçrədən geri qaytarılması üçün danışıqlara başlayıb.

"Qafqazinfo” xəbər verir ki, hazırda İsveçrənin prokurorluq orqanları ilə bu məsələ ilə bağlı əməkdaşlıq edilir və yekun nəticə əldə olunanda ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl "AzadlıqRadiosu”nun özbək xidməti məlumat vermişdi ki, İsveçrə hökuməti dondurulmuş pulların əsl sahibinin Özbəkistan olduğuna inanır və özbək hökumətində dəyişiklik həm hüquqi, həm də mənəvi olaraq ölkəyə pulların qaytarılmasına haqq verir.

Qeyd edək ki, istintaqın versiyasına görə, Kərimova cinayət ortaqları ilə birgə 12 xarici ölkə ərazisində dəyəri 1,3 milyard dollar, 63,5 milyon avro, 27,1 milyon funt sterlinq və 18,5 milyon frank aktivlər leqallaşdırıb.

İsveçrə ərazisində isə 777,8 milyon dollarlıq pul vəsaiti olduğu bildirilir.

Dövlətə və vətəndaşlara vurulan ümumi zərər isə 1,27 trilyon sum, 1,6 milyard dollar və 26, 1 milyon avrodur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300