Pul dilənib, yapışqan və ayaqqabı kremi iyləyən azyaşlı uşaqlar...

 

Metronun "Nəriman Nərimanov” stansiyasının qarşısındakı park yapışqan, ayaqqabı kremi iyləyən toksikoman uşaqların "məskən”idir. Sübh tezdən və gecə saatlarında yapışqan iyləmək üçün dilənən uşaqlar bura toplaşırlar. Parkdakı kafelərin əməkdaşları deyir ki, yayda istirahətə gələnlərin sayı çox olduğundan, onlar yalnız gecə saatlarında gəlirlər. Aralarında 9-10 yaşlı qaraçı uşaqlar çoxdur.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirir ki, təkcə "Nərimanov”dakı park deyil, metronun "Neftçilər”, "Xalqlar Dostluğu” stansiyasının yaxınlığında da toksikoman uşaqlara rast gəlmək mümkündür. "Əslində, son vaxtlar küçə uşaqlarının sayında azalma var. İndi əsasən roman tayfasından olan uşaqlar arasında toksikomanlıq artıb. Onlar da yayda çimərlik ərazilərinə "köç” edirlər. Çünki orada dilənib, yapışqan iyləmək rahatdır”, - Ağazadə virtualaz.org-a danışır.

Təşkilatın nəzdindəki sığınacağa gətirilən uşaqlar arasında da toksikomanlar olub. Ağazadə söyləyir ki, iki azyaşlı ayaqqabı kremi iylədiyini etiraf edib. Onlarla psixoloji iş aparılıb: "Aralarında benzin, qaz iyləyənlər də olur. Uşaqlar deyirlər ki, yapışqan, krem ucuz olduğundan ala bilirlər. Bir çoxları məhz buna görə dilənirlər”.


 

Ölkənin baş narkoloq Lüdmila Cəfərova isə valideynləri məsuliyyətsizlikdə günahlandırır. Onun fikrincə, valideynlər uşaqlara kifayət qədər vaxt ayırmırlar, nəzarətsiz buraxırlar. Nəticədə, uşaqlar əvvəlcə siqaretə, sonradan narkotikə meyllənirlər, yapışqan iyləyirlər, həb içirlər. "Təkcə küçə uşaqları arasında deyil, valideynləri olan, imkanlı ailələrin uşaqları da nəzarətsizlikdən narkotik vasitələrdən istifadə edənlər olur. Bəlli olur ki, uşaqlar bir yerə yığılıb əyləniblər. Tədbirdə narkotik vasitədən istifadə ediblər, valideyn isə bundan xəbər tutmayıb”.

L.Cəfərova onu da qeyd edir ki, son vaxtlar məktəblərdə uşaqlar arasında maarifləndirici tədbirlər təşkil edilir, onlara narkotikin zərərləri haqda məlumat verilir. Amma valideynlər arasında da maarifləndirici tədbirlərə ehtiyac var. "Narkotik vasitələrdən istifadə edənlərlə söhbətlər aparırıq, hər birinin səbəbi başqadır. Mən müşahidələrimə əsasən deyə bilərəm ki, valideyn məsuliyyətsizliyi əsas səbəblərdən biridir”, - baş narkoloq söyləyib.


 

Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov isə deyir ki, məktəblərdə, internatlarda aparılan təbliğat nəticə verir. İndi narkotik vasitələrdən istifadə edən yeniyetmələrin sayında azalma müşahidə edilir. "15-17 yaşlı 5 nəfər narkotik vasitədən istifadə edib, onlardan biri disponser qeydiyyatındadır”, - şöbə müdiri əlavə edib.

Ötən il narkotik istifadəçisi kimi qeydiyyatda olanların 595-i qadın olub. Əksəriyyəti həyat yoldaşı, yaxınları tərəfindən cəlb edilib. Məmmədovun sözlərinə görə, ötən il 2115 nəfər qeydiyyata götürülüb, 1432 nəfər qeydiyyatdan çıxarılıb. Statistik göstəricilər ilin sonunda bəlli olur, çünki hər gün qeydiyyata alınan və ya qeydiyyatdan çıxarılan olur. "Narkotik vasitələrdən istifadə edən qadın və azyaşlılarn sayının artması ilə bağlı digər qurumların söylədikləri rəqəmlərin haradan götürüldüyü bizə bəlli deyil. Görünür, qeydiyyatdan çıxarılanlar nəzərə alınmır”.

Şöbə müdiri qeyd edib ki, mərkəz köçürüləndən sonra müalicə üçün hər bir şərait yaradılıb, xəstələrlə həm də psixoloqlar işləyirlər. Yaşlılardan fərqli olaraq yeniyetmələrin müalicəsi daha asan və effektli olur. Yetər ki, vaxtında müraciət etsinlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300