Rusiya Suriyadan 27 döyüş təyyarəsi və helikopterini çıxarıb 

 

Rusiya Suriyadan 27 döyüş təyyarəsi və helikopterini çıxarıb.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Birliyinin və Cənub Hərbi Dairəsi Hava Hücumundan Müdafiə qüvvələrinin komandanı Viktor Sevostaynov Krasnodarda "Su-25” döyüş təyyarələrinin pilotları ilə görüşdə bildirib.

"Suriyanın Xmeymim aviabazasında daimi dislokasiya olunan məntəqələrindən Rusiya aerodromlarına 27 təyyarə və helikopter, uçuş-texniki heyətinin mütəxəssisləri, tibbi dəstə, xüsusi təyinatlı və hərbi polis qayıdıb”, - o bildirib.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşü zamanı bildirmişdi ki, son günlər Suriya ərazisini 13 təyyarə, 14 helikopter və şəxsi heyətdən 1140 nəfər tərk edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300