XİN 2 yaşlı Zəhranın Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsinin ildönümü ilə bağlı bəyanat yayıb

 

"2017-ci ilin iyulun 4-də Azərbaycanın işğal olunmuş Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş verib.Bu faciəvi hadisənin ildönümü günü mərhumların ailələrinə, qızcığaz Quliyeva Zəhranın valideynlərinə dərin hüznlə baş sağlığı veririk".

Musavat.comxəbər verir ki, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2 yaşlı Zəhra Quliyevanın Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsinin ildönümü münasibətilə verdiyi bəyanatda bildirib.

"Mərminin atəş trayektoriyası, Alxanlı kəndində legitim hərbi hədəflərin və ya hərbi zərurət doğuran hər hansı obyektin olmaması açıq şəkildə göstərir ki, Ermənistan silahlı qüvvələrinin məqsədi qəsdən və hədəflənmiş şəkildə mülki insanların öldürülməsi olmuşdur. Körpə uşağın və yaşlı qadının qəsdən öldürülməsi alçaqlıq, şərəfsizlik, və qorxaqlıqdır.

Keçən bu müddət ərzində Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən baş vermiş bu hərbi cinayətin araşdırılması istiqamətində hər hansı addım atılmamış, əksinə bu terror əməlinə bəraət qazandıran bəyanatlar səsləndirib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan ərazilərini işğalı nəticəsində Ermənistan tərəfindən çoxsalı hərbi cinayətlər, bəşəriyyət əleyhinə cinayət əməlləri, o cümlədən Xocalı soyqırımı törədilib. Ermənistanın bu kimi əməlləri beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə konvensiyaları üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Bütün bunlar onu göstərir ki, Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınması və öldürülməsi təsadüfi və ya sıradan olan hallar olmayaraq, sistematik xarakter daşıyır və silahlı qüvvələrin təlim prosesinə daxil edilmiş dövlət siyasətidir.

Cəzasızlıqla üzləşən Ermənistan qarşısında bu kimi cinayətləri törətmək üçün mənəvi, siyasi və ya hüquqi məhdudiyyətlər yoxdur.

2016-cı ilin aprel hadisələri zamanı Ermənistan silahlı qüvvələri təmas xətti boyunca mülki insanları və obyektləri hədə alaraq eyni əməlləri törətməyə cəhd göstərdi. Lakin Azərbaycan silahlı qüvvələrinin qəti və peşəkar əks-həmlə tədbirləri nəticəsində layiqli cavabını aldı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edır. Bu təhlükənin qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmalıdır.

Yüksək döyüş qabiliyyətinə və mənəvi-əxlaqi dəyərlərə malik olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərinin müdafiəsi, mülki insanların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görür", deyə XİN rəsmisi əlavə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300