6 rus qırıcısı Suriyadan Rusiyaya qayıtdı: Missiya bitdi
6 Su-25 hərbi təyyarəsi Suriyadan Rusiyaya geri qayıdıb.
Axar.az xəbər verir ki, Suriyada aylarla xidmət edən qırıcılar Rusiyanın Krasnodar bölgəsindəki hərbi-hava bazasına dönüb.
Rusiya Cənub Hərbi Dairəsi rəsmisi Viktor Sevostyanov uzunmüddətli missiyadan sonra əsgərlərin geri qayıtdığını, onları bütün dünyanın izlədiyini söyləyib.