Dünya şöhrətli alim Kembrıc Universitetində yeni nəzəriyyəsini təqdim etdi

 

Dünya elmində öz yeri olan, kitabları planetimizin bütün qitələrindəki universitetlərində dərslik kimi istifadə olunan, böyük elm dünyasına bir neçə nəzəriyyə bəxş etmiş professor Rafiq Əliyevin bu uğuru Azərbaycan elminə də şöhrət qazandıran bir hadisədir. Söhbət ondan gedir ki, 17-ci əsrin ortalarında yaranmış, dünyanın nəhəng elm adamlarının, o cümlədən İsaak Nyutonun oxuduğu və işlədiyi, 98 Nobel mükafatçısı yetişdirmiş, onu da qeyd edək ki, çox vaxt bir ildə iki müxtəlif sahələr üzrə Nobel mükafatı alan, bu gün dünya universitetlərinin sıralanmasında birinci yerdə duran bu universitetin alimləri qarşısında öz yeni nəzəriyyəsi ilə çıxış etmək hər alimə qismət olmur. Sevincimizi və təsuratlarımızı bölüşmək üçün Böyük Britaniyadan, Kembricdən yenicə qayıtmış professor Rafiq Əliyevin özü ilə söhbətləşdik, ona bir neçə sualla müraciət etdik.

- Rafiq müəllim məruzəniz necə kecdi, bu yeni nəzəriyyəniz elmin hansı sahəsinə həsr olunmuşdu?

- Məruzəm Kembric Universitetinin Gordon Cameron zalında keçirildi.

Düşünürəm ki, pis qarşılanmadı, maraq doğurdu. Məsələ bundadır ki, təklif etdiyimiz bu yeni nəzəriyyə bu gunki elmin, o cümlədən iqtisadiyyat, təbabət, informatika, mühəndislik və digər elmlərin inkişafının vacib bir məsələsinə - böyük informasiya rezervuarında ("Big Data”) bilik çıxarmaq probleminin həllinə həsr olunmuşdur. Obrazlı desək informasiya okeanında boğuluruq, amma bir damcı bilik tapa bilmirik. Bu məsələ bütöv elmin qarşısında duran öncül bir məsələdir.

Bu sahədə bir çox atdımlar atılıb, metodlar, vasitələr təqdim olunmuşdur. Lakin bu günə kimi həmin o informasiya okeanından çıxarılan biliklərin dürüstlüyü, etibarlılığı tədqiq oluna bilməmişdir. Səbəb isə bütün mövcüd üsüllarda okeandakı informasiyanın ozünün etibarlığı, müxtəlif tərkibli qeyri-müəyyənlikləri nəzərə alınmamışdı. Bizim təklif etdiyimiz nəzəriyyə isə ehtimal və qeyri-səlis məntiq nəzəriyyələrinə söykənərək çıxarılan biliklərin nə ədrəcədə etibarlı olduğunu təyin etməyə imkan verir. Bütün mövcüd üsullarda bu biliklərin etibarlılıq dərəcəsi, ehtimalı 100% götürülürdü. Mən həmişə demişəm ki, 100% -i ancaq Tanrı bilir.

- Rafiq müəllim, bu nəzəriyyəniz öncəki işlərinizin davamıdır, yoxsa başqa bir mövzudur?

- Bundan öncə, mənim müəllimim və böyük dostum professor Lütfi Zadə ilə birlikdə yaratdığımız və "World Scientific” nəşriyatında iki il əvvəl cap etdirdiyimiz "Z-ədədlər hesabı: nəzəriyyə və praktika” olmasa idi bu gün "Z-ədədlı klasterizasiya”dan danışa bilməzdik. Bu nəzəriyyə bilik çıxarmada yeni bir sözdür.

- Bilik çıxarma dediniz neftçıxartma, filizçıxartma yadıma düşdü. Oxşarlıq varmı?

- Biz Sizinlə ölkələrin iqtisadi modelləri barədə əvvələr danışmışdıq. 3-çü tip modellərlə işləyən ölkələr neft, qızıl, filiz cıxarır. Birinci modellə - bilik iqtisadiyyatı ilə işləyən ölkələrdə, əsasən, bilik çıxarılır. Oxşarlıq bundadır. Danışdığımız nəzəriyyə bilik iqtisadiyyatı ücün çox yararlıdır.

- Rafiq müəllim Kembric kimi bir universitetdən məruzə üçün dəvət alanda nə hisslər keçirdiniz, axı bu asan məsələ deyil?


- Sevinc və qürür hissi keçirdim, millətim üçün, ölkəm üçün, Alma-mater Neft və Sənaye universiteti üçün qürür hissi. Sevincim isə onunla əlaqədar idi ki, dünya çapında oppanentlər qazanacağdım, Kembric unversiteti kimi bir elm məbədində. Mən tənqiddən hec vaxt çəkinməmişəm, sağlam tənqiddən. Sifarişlı xor camurunu xoşlamıram, lakin onun fövqündə dururam. Axı o xor oxuyanlara Tanrı nəyisə verməyib, amma umurlar.



Mən ola bilər belə adət etmişəm. Amma Sizin sualınızla əlaqədar bir ştrixi qeyd etmək istərdim. Bu təklifi alarkən Almaniyalı dostum, Azərbaycan təhsili və elmi üşün boyük xidmətləri olmuş U.Eberhard ilə mənim iş otağımda idim. O, bu xəbəri eşidəndə 3 dəfə qolunu mənə gostərdi ki, bax tüklərim biz-biz durur. Alman həmkarım şox sevinirdi.

- Bildiyimiz kimi bundan öncə də Siz dunyanın müxtəlif seçilmiş universitetlərində məruzələrlə çıxış etmisiniz.

- O çıxışlar, məruzələr mənim elmi fəaliyyətimə çox böyük töhvələr verib. Tənqid də görmüşəm, dəstək də görmüşəm. ABŞ-ın Berkli Universitetində, Sietildəki Vaşinqton Universitetində, Texas Universitetində, Kanadanın Toronto, Alberto Universitetlərində, Almaniyada, Fransada, İtaliyada. İspaniyada, Portuqaliyadakı Universitetlərdə və onlarla başqa ölkə Universitetlərində məruzələrim olub. Kembricdəki məruzə də növbəti idi və deyim ki, bu şox qürur verici idi.

- Rafiq müəllim, mövzumuza aid olmasa da bir məsələ haqqında məlumat verməyiniz yaxşı olardı. L.Zadə ilə yazdığımız son kitab barədə.

- 2017-ci ilin əvvəlində professor L.Zadə mənə məktub yazdı ki, qeyri-səlis məntiq barədə bir kitab nəşr edək, tarix üşün qalsın. Kitabın strukturunu və əsas prinsirlərini o diktə etmişdi. Mən "World Scientific” nəşriyatı ilə bu məsələni razılaşdırdım və kontrakt bağladıq. Kitab artıq internetdə satışa qoyulub. Kitab 2 hissədən ibarətdir. Adı belədir, "Fuzzy logic Theory and applications: Part I , Part II”. I hissə nəzəriyyədir, onu L.Zadə və mən yazmışam. II hissə qeyri-səlis məntiqin müxtəlif sahələrindək ekspertlər, yeni seçilmiş dünya alimləri tərəfindən yazılmışdır. II hissədə də 4 fəsil L.Zadə və mənim tərəfimdən yazılmışdır. I hissədə biz L.Zadə ilə müəllif, II hissədə redaktor və müəllifik.

Bu kitab qeyri-səlis məntiqi, demək olar ki, tam əhatə edir. İstərdim ki, dünya universitetlərinin kitabxanaları kimi, bizim universi-tetlərin kitabxanaları da, tələbələr, müəllimlər və tədqiqatçılar üçün bu kitabı ala bilsinlər. Axı qeyri-səlis məntiq gəlcək inkişafın mühərrikidir.

"Təzadlar"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300