DÇ-2018: Daha 2 ölkə yığmasının baş məşqçisi istefaya göndərilir

 

Rusiyadakı dünya çempionatında təmsil olunan daha 2 ölkənin milli assosiasiyası baş məşqçiləri ilə vidalaşmağı qərara alıb.

"Report"un məlumatına görə, bunlar Kosta-Rika və Yaponiya Futbol federasiyalarıdır.

Oskar Ramires 2015-ci ildən rəhbərlik etdiyi Kosta-Rika yığması ilə vidalaşıb. DÇ-2018-in qrup mərhələsində Serbiyaya 0:1, Braziliyaya 0:2 hesabı ilə uduzan mərkəzi amerikalılar İsveçrə ilə heç-heçə edib - 2:2. Nəticədə Kosta-Rika E qrupunda 1 xalla sonuncu yeri tutub.

Akira Nisino isə apreldən rəhbərlik etdiyi Yaponiya millisini tərk edəcək. Onunla iyulun sonlarınadək nəzərdə tutulan müqavilə uzadılmayacaq. Hərçənd "gündoğar ölkə" komandası mundialda 1/8 finaladək irəliləməyi bacarıb. Bu komanda Belçika ilə görüşdə 2:0 hesabı ilə öndə olduğu vaxt qapısından 3 top buraxararaq, mübarizəni dayandırıb. Nisinonu Yurgen Klinsmannın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, dünya çempionatının başlamasına bir gün qalmış Xulen Lopetegi İspaniya yığmasının baş məşqçi postundan kənarlaşdırılıb. Çempionatın gedişində isə Xorxe Sampaolinin Argentina, Ektor Kuperin isə Misir yığmalarından istefa verəcəkləri açıqlanıb. Dünya çempionatına iyulun 15-də yekun vurulacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300