Almaniya terrorçu PYD və YPG-ni PKK-nın Suriyadakı qolları kimi tanıdı

 

Almaniyanın Daxili Kəşfiyyat Xidməti PYD və YPG-ni terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olduğunu təsbit edib.

"Report” xəbər verir ki, Konstitusiya Mühafizə Təşkilatının Almaniyanın Şlezviq-Qolşteyn əyalətindəki şöbəsinin internet saytı bu barədə 138 səhifəlik hesabat yayıb.

Sənəddə qeyd olunub ki, ölkədə fəaliyyət göstərən qanunsuz qrup və terror dəstələrinin 2017-ci ildəki vəziyyəti nəzarət altına alınıb. Hesabatda vurğulanıb ki, PYD terrorçu PKK ilə qardaş təşkilat, YPG isə bu terrorçu qruplaşmanın Suriyadakı qoludur.

Almaniya 1993-cü il dekabrın 22-dən PKK-nın ölkə ərazisində fəaliyyət göstərməsini qadağan edib. Rəsmi Berlin 2002-ci ildən isə PKK adını terrorçu təşkilatlar siyahısına salıb.

Hesabatda PKK-ya 3 səhifə yer ayrılıb. Sənədə əsasən, Almaniyada bu terrorçu qruplaşmanın 14500 təəssübkeşinin olduğu, bunların isə 700-ünün adı çəkilən əyalətdə yaşadıqları vurğulanıb.

Hesabatda əyalətdə ictimai birlik kimi fəaliyyət göstərən Almaniya Demokratik Kürd Cəmiyyətinin də məqsədinin terrorçu PKK ilə eyni olduğu diqqətə çatdırılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300