Hörmüz boğazının zərbəsi Azərbaycana da dəyə bilər

ABŞ-İran qarşıdurmasının yeni fazaya daxil olması təhlükəli perspektivlər vəd edir; Elçin Mirzəbəyli: "İran bu boğazda yeganə söz sahibi deyil”; Fikrət Yusifov: "Belə olan halda humanitar fəlakətin ölçüləri dəhşətli dərəcədə böyük olacaq”

İran prezidenti Həsən Ruhani bəyan edib ki, əgər ABŞ öz müttəfiqlərinə təzyiq edərək Tehrandan xam neft almamağı tələb edərsə, o zaman regionda neft ixracına ciddi maneə və təhdidlər yarana bilər.

Həsən Ruhani bu barədə İsveçrəyə səfəri zamanı deyib (azvision.az). "Amerikalılar iddia edirlər ki, İranın neft ixracatını tamamilə dayandırmaq istəyirlər. Lakin onlar bu bəyanatın anlamını dərk etmirlər. Çünki region nefti ixrac olunduğu halda, İran neftinin ixrac olunmaması üçün bu bəyanatın heç bir əhəmiyyəti yoxdur. Əgər siz (amerikalılar - red.) bacarırsınızsa bunu edin (İranın neft ixracını dayandırmağı nəzərdə tutut - red.) və nə ilə nəticələnəcəyini görün”, - deyə Ruhani ABŞ-ı təhdid edib.

Ehtimal olunur ki, Ruhani bu sözlərlə İranın Hörmüz boğazını bağlayacağına eyham vurub. Bu isə ABŞ və onun körfəz müttəfiqləri üçün ciddi maneə və təhdiddir. Çünki Oman körfəzi ilə Fars körfəzi arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Bu boğaz neft ixrac edilən Fars körfəzindən açıq okeana yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindəndir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Boğaz həmçinin Körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur.

Ruhani ile ilgili görsel sonucu

Xatırladaq ki, ABŞ administrasiyası sanksiyalarla əlaqədar olaraq, müttəfiq və digər ölkələrdən noyabrdan etibarən İrandan neft idxalını dayandırmalarını istəyir.

Əli Əkbər Salehi ile ilgili görsel sonucu

Maraqlıdır ki, elə bu ayın ilk günündə İranın xarici işlər naziri Əli Əkbər Salehi ölkəsinin Hörmüz boğazını bağlayacağı ilə bağlı iddiaları rədd etmişdi. Ə. Salehi bildirmişdi ki, Hörmüz boğazı boğazın sahilində yerləşən bütün ölkələrə məxsusdur:"Bu baxımdan boğazın bağlanılacağına dair bəzi şərhlər rəsmi mövqeyi əks etdirmir”. Ancaq Ruhaninin dedikləri yeni situasiya yaradır. ABŞ-İran gərginliyinin artması bütövlükdə region üçün təhlükəli vəziyyət yaradır. O cümlədən Azərbaycan da mövcud duruma görə narahatlıq keçirməyə bilməz.

Politoloq Elçin Mirzəbəyli "Yeni Müsavat”a bildirdi ki, Hörmüz boğazı qlobal strateji əhəmiyyət daşıyan bir su hövzəsidir:"Boğazın şimal hissəsi İranın, cənub tərəfi isə Birləşmiş Ərəb Əmirliyinin və Omanın yarıanklavının ərazisi sayılır. Hörmüz boğazının uzunluğu 195 km, eni 54 km-dir. Hörmüz boğazı hazırda Fars (ərəb) körfəzi ölkələrində əldə olunan neft və qazın ixrac edilməsi üçün yeganə dəniz yoludur. Hörmüz boğazı vasitəsilə Yaponiyaya, ABŞ-a və Qərbi Avropaya da neft və qaz ixrac olunur. Ekspertlərin hesablamalarına görə, dünya neftinin təxminən 30-33 faizi bu boğazdan keçməklə ixrac edilir. Bütün bunları xatırlatmaqda məqsədim Hörmüz boğazının nə qədər böyük strateji əhəmiyyətə malik olduğunu vurğulamaqdır”.

E.Mirzəbəylinin sözlərinə görə, İran birinci dəfə deyil ki, ABŞ-ı və ərəb ölkələrini Hörmüz boğazını bağlamaqla hədələyir:"Amma bununla bağlı heç bir konkret addım atmayıb və ata bilməsi də mümkün deyil. Çünki İran bu boğazda yeganə söz sahibi deyil. Beynəlxalq Dəniz Hüququna görə, Hörmüz boğazı okeanla əlaqəsi olduğuna görə açıq su hövzələri qrupuna aiddir və belə su hövzələri sərhədyanı dövlətlər arasında ortaq xətt prinsipinə görə bölünmür. Yəni İran boğazı hüquqi müstəvidə hər hansı bəhanə gətirərək bağlaya bilməz”.

elçin mirzəbəyli ile ilgili görsel sonucu

 

Politoloqun fikrincə, yeganə çıxış yolu boğazın hərbi yolla bağlanılmasıdır:"İran 1988-ci ildə, İraq-İran müharibəsi zamanı belə bir cəhddə bulunmuşdu və nəticədə İranın ”Səhənd" adlı freqatı və bir neçə gəmisi ABŞ silahlı qüvvələri tərəfindən məhv edilərək batırılmışdı. Hazırda İran hərbi dəniz qüvvələrinin arsenalında 3 fraqet, 2 korvet, 20 raket və elə bu qədər torpedo daşıyan katerlər, 13 desant gəmisi, 28 köməkçi və 3 sualtı gəmi, 22 təyyarə və 15 helikopter var. Şübhəsiz ki, bu potensialla İran ABŞ hərbi dəniz qüvvələrinin regiona nəzarət edən 5-ci donanmasına qarşı dayanmaq gücündə deyil. Bu baxımdan da İranın Hörmüz boğazını bağlayacağı barədə hədələrinin uzağa gedə biləcəyinə inanmıram. Əgər İran Hörmüz boğazını bağlamağa cəhd edərsə, o zaman hərbi müdaxilənin olacağı şübhəsizdir və bu halda İranı heç bir dövlət, o cümlədən BMT Təhlükəsizlik Şurasında İranla bağlı məsələlərdə Tehrana qarşı sərt davranışların əleyhinə çıxış edən Çin və Rusiya da əks mövqe sərgiləyə bilməyəcək".

Fikrət Yusifov ile ilgili görsel sonucu

Sabiq maliyyə naziri, "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov isə qəzetimizə iki ölkə arasındakı gərginliyin səbəblərinə toxundu:"Amerika Birləşmiş Ştatlarının İranla olan nüvə sazişindən çıxmasından sonra bu iki ölkə arasında münasibətlər getdikcə gərginləşir. ABŞ nə istəyir? Bu sazişdən çıxmaqda başlıca məqsəd nədir? İlk öncə onu deyək ki, hadisələrin bu şəkildə cərəyan etməsində İsrail amilini nəzərdən qaçırmaq olmaz. Nüvə sazişinin qüvvədə olduğu dövrdə İsrailin rəsmləri bir neçə dəfə İranın bu sazişin şərtlərinə əməl etməyərək uranın zənginləşdirilməsi ilə gizli şəkildə məşğul olmasına dair bəyanatlar səsləndirmişdilər. Görünən odur ki, İsrail rəsmiləri son nəticədə ABŞ administrasiyasını və ilk növbədə prezident Donald Trampı İranın bu məsələdə səmimi olmadığına inandıra bilmişdilər. Trampın isə dəlisov, tələsik qərarlar qəbul etməsi artıq adi bir hala çevrilib. Avropa Birliyinə (AB) daxil olan əsas ölkələr ABŞ rəhbərliyinin nüvə sazişindən çıxmaqla bağlı qərarını dəstəkləmədilər. Hesab edirəm ki, bu, müvəqqəti bir addımdır və sonda AB-nə daxil olan aparıcı ölkələrin hamısı ABŞ-ı müdafiə edəcəklər. Çünki onlar ayrılmaz müttəfiqdirlər, İran isə həmişə Qərbə problem yaşatmağı bacaran bir İslam dövlətidir”. İran ona qarşı indiyə qədər mövcud olmuş sanksiyaların bərpa olunmasına və bundan daha sərt yeni sanksiyaların tətbiqinə nə ilə cavab verəcək?

F.Yusifov:"İran ilk növbədə uranın zənginləşdirilməsinə dair proqramın reallaşdırılmasına başlayacaq, daha sonra isə Yaxın Şərqdə ABŞ-ın maraq dairəsində olan münaqişə regionlarında vəziyyəti bir qədər də gərginləşdirməyə cəhd edəcək və nəhayət, ABŞ-ın İran neftinin ixracına mane olmasına konkret cavab olaraq Hörmüz boğazını bağlamaq yolunu seçəcək. Bu isə ABŞ və onun körfəz müttəfiqləri üçün ciddi bir problemin yaranması deməkdir. Bu boğaz Fars körfəzindən açıq okeana neft ixrac edilən yeganə dəniz çıxışıdır və dünyanın strateji cəhətdən ən mühüm nöqtələrindən biridir. Dünya üzrə ixrac edilən neftin 20 faizi Hörmüz boğazı vasitəsilə daşınır. Hadisələrin bu ssenaridə inkişafı sonda ABŞ və İsrailin İrana hərbi müdaxiləsi ilə nəticələnəcək. Bu isə regionda ən arzuolunmaz bir hadisə ola bilər. Təsəvvür edin ki, 81 milyon nəfər əhalisi olan İrandan hərbi münaqişə zamanı əhalinin 10%-i qaçqın kimi ölkəni tərk edir. Bu, 8 milyon insan deməkdir. Heç şübhəsiz bu qaçqınlar ilk növbədə qonşu ölkələrə - o cümlədən Azərbaycana üz tuta bilərlər. Belə olan halda humanitar fəlakətin ölçüləri dəhşətli dərəcədə böyük olacaq”.

Cavid TURAN, musavat.com

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300