Türkiyədə 15 PKK terrorçusu zərərsizləşdirilib
Türkiyədə PKK terror qruplaşmasının 15 üzvü zərərsizləşdirilib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Mardində 2 terrorçu, Şırnakda 8 terrorçu, Hakkaridə isə 5 terrorçu zərərsizləşdirilib.
Məlumata əsasən, Mardində keçirilən əməliyyat davam edir.
Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.