İlkin Rüstəmzadə türmədən müraciət yolladı -"Hiss edirəm ki, gücüm çatmır...”

 

Hazırda həbsdə olan NİDA üzvü İlkin Rüstəmzadə ictimaiyyətə ünvanlanan məktub yollayıb. Musavat.com xəbər verir ki, artıq 6-cı ildir ki, həbsdə olduğunu yazan İ.Rüstəmxadə ilk dəfədir özünü bu qədər gücsüz hiss etdiyini və dostlarının dəstəyinə böyük ehtiyacı olduğunu yazıb.

"Artıq boğuluram, nəfəs ala bilmirəm” yazan İ.Rüstəmzadə ona qarşı tətbiq olunan sərt məhdudiyyətlərdən, ən xırda məsələlərə görə çəkişməyə girməsindən narazılıq edib: "Bunlar hələ bir hissəsidir. Artıq hiss edirəm ki,gücüm çatmır”.

Bir çox məsələlərdə bir məhbus olaraq hüquqlarının məhdudlaşdırıldığını və digər məhbuslara tətbiq olunmayan məhdudiyyətlərin ona qarşı tətbiq olunduğunu vurğulayan İ.Rüstəmzadə eyni zamanda informasiyaya çıxışının da tam məhdudlaşdırıldığını yazıb.

Musavat.com xatırladır ki, NİDA üzvü İlkin Rüstəmzadə 2013-cü ilin mayında həbs olunub və Cinayət Məcəlləsinin bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq maddələri ilə ittiham edilib.

2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə NİDA hərəkatı fəalı İlkin Rüstəmzadə 8 il həbs cəzası alıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300