Əfqan Sadıqovun saxlanıldığı bildirilir

 

İyulun 6-da Azel.tv saytının rəhbəri Əfqan Sadıqov Cəlilabad rayonunda saxlanılıb. Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, Əfqan Sadıqov polislər tərəfindən saxlanılıb və Bakıya, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını güman edir.

Eyni zamanda Sevinc Sadıqova deyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən həyat yoldaşının orada olmadığını bildiriiblər.

"Əfqanın harada saxlanıldığı barədə məlumat ala bilmirirk”, o qeyd edib.

Sadıqova jurnalistin saxlanılmasının səbəbini ictimai fəal olması ilə izah edib.

Rəsmi qurumlar jurnalsitin saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Əfqan Sadıqlı bundan öncə də bir il yarım həbsdə olub. O bu il mayın 23-də azadlığa buraxılıb. O həbsdən buraxıldıqdan sonra qəbiristanlığa gedərək simvolik olaraq özü üçün qəbir qazıb və sosial şəbəkələrdə indiki rejimə qarşı sonadək mübarizə aparacağını bəyan etdiyi əks olunmuş video müraciətini yayıb.

Belə ki, Ə.Sadıqov 2016-cı il noyabrın 22-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilib. Ancaq redaktor ittihamı qəbul etməyib, işi qurama sayıb.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi Əfqan Sadıqovu 2 il yarım azadlıqdan məhrum edib.

2017-ci ilin noyabrında Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb.

2017-ci ilin dekabrında Cəlilabad rayonunun keçmiş, Bakının Yasamal rayonunun indiki icra hakimiyyəti başçısı Əziz Əzizov diffamasiya iddiası qaldıraraqjurnalisti ona qarşı böhtan yaymaqda ittiham edib. Lakin sonradan Əziz Əzizov Sadıqova qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

 

//Amerikanın Səsi

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300