Dünyanın ən ölümcül 10 xəstəliyi

 

1) Ağciyər xərçəngi - ölkəmizdə və dünyada çox rast gəlinən xərçəng növüdür. Xərçəngin digər növləri ilə müqayisədə ən qorxulusu hesab edilir. Daha çox siqaret çəkən və siqaret dumanı ilə davamlı tənəffüsə məruz qalan insanlar arasında rast gəlinir. Xəstəliyin ağırlıq dərəcəsi gün ərzində nə qədər çox siqaret çəkməkdən və siqaretə daha tez başlamaqdan asılıdır. Digər növlərlə müqayisədə ölüm faizi yüksəkdir.

 

2) Malyariya - ağcaqanadların sancmağı adətən insanları o qədər də düşündürmür, ancaq adi bir sancma malyariya xəstəliyinə gətirib çıxara bilər. Dünyada 200 milyondan daha çox rast gəlinən bu xəstəlik tutmalarla, kəskin qızdırma ilə özünü biruzə verir. Diaqnoz dəqiq qoyulduqda müalicə mümkündür. Müalicə olunmadıqda xəsəlik ölümlə nəticələnir.

 

3) Ebola - adini Afrikadakı eyniadlı göldən götürən bu xəstəlik ishal, qanama, dəridə müxtəlif mənşəli səpgilər, yüksək qızdırmaya səbəb olur. Milli.Az immunitet.az-a istinadən bildirir ki, yoluxucudur, adətən ölümlə nəticələnir. Əgər qarşısı alınmazsa epidemiya, pandemiyalara səbəb olur.

4) Tuberkulyoz ( vərəm ) - bəlğəmli öskürək, zəifləmə, həddən artıq tərləmə, çəki itkisinə səbəb olan ölümcül xəstəlikdir. Xəstəlik uzun illərlə əlamətlərini göstərdikdən sonra meydana çıxa bilər və qəfil xəstəni təsiri altına salır. Yoluxucudur, müalicə olunmadıqda ölümə gətirib çıxarır. Dünyada hər 100 min insandan 10-da rast gəlinir.

 

5) Pnevmoniya - ağciyərlərdə meydana gələn bu xəstəlik alveolların iltihabı nəticəsində meydana gəlir. Yaş fərqindən asılı olmayaraq digər xroniki xəstəliyi olan şəxslərdə daha təhlükəli və ölümcül olur.

 

6) Ishal - ishal ilk baxışdan qoxulu gəlməsə də, ölümcül ola bilir. Bu, orqanizmin su itirməsi ilə əlaqədardır. Bu zaman orqanizmdə su-elektrolit mübadiləsi pozulur, immun sistem çökür.

 

7) Xroniki bronxit - siqaret çəkənlərdə daha çox təsadüf olunur. Xəstəlik zamanı boğulma, xəstənin nəfəsalma zamanı çətinlik çəkməsi müşahidə olunur. Müalicə olunmazsa ölümcüldür. Hər il 2.5 milyon insan bu xəstəlikdən ölür.

 

8) Cüzam - lepra adı ilə də tanınan bu xəstəlik eyni adlı mikroorqanizmlər tərəfindən törədilir. Periferik sinir sistemi və dəri başda olmaqla bir cox system və orqana təsir göstərən yoluxucu xəstəlikdir. Xəstələrdə dərinin strukturu korlanır.

 

9) Ürəyin İşemik Xəstəliyi - koronar ürək xəstəliyi olaraq da tanınan bu xəstəlik ürəyin kifayət qədər qan ala bilməməsi səbəbilə əmələ gəlir. Tələb olunan oksigeni ala bilmədiyindən koronar damarların bəziləri tıxanır. Müalicə olunmazsa ürəyin çökməsinə, xəstənin ölümünə gətirib çıxarır.

 

10) HİV (QİÇS) - cinsi yolla yoluxan viruslar tərəfindən törədilir, immun sistemini çökdürür. Nəticədə orqanizmdə əmələ gələn kiçin cızıq da ölümə yol aça bilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300