Pxenyan Pompeo ilə danışıqların nəticələrindən narazı qalıb

 

Şimali Koreya XİN 6-7 iyul tarixlərində KXDR və ABŞ arasında keçirilmiş yüksək səviyyəli danışıqların nəticələrindən dərin təəssüf və narazılıq ifadə edib.

APA-nın Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi xəbərə görə, KXDR XİN bəyanatında deyilir: "KXDR və ABŞ arasında 6-7 iyul tarixlərində keçirilən yüksək səviyyəli danışıqlar zamanı ABŞ-ın nümayiş etdirdiyi davranış və mövqe, həqiqətən, hədsiz təəssüf hissi doğurur. ABŞ münasibətlərin yaxşılaşdırılması üçün vacib olan baza məsələləri həll etmək istəmir. Ölkələrimiz arasında etimad nəinki möhkəmlənmədi, bu danışıqlar təhlükəli bir vəziyyət yaradaraq, nüvəsizləşdirməyə yönələn xoş niyyətimizi sarsıda bilər”.

Bununla belə, bəyanatın sonunda qeyd olunur ki, KXDR ABŞ prezidenti D.Trampa etimad göstərməkdə davam edir.

Şimali Koreya baza məsələlər sırasına müharibənin başa çatması haqqında bəyannamənin imzalanması, ABŞ hərbçilərinin qalıqlarının qaytarılması prosesinin müzakirəsi və sair problemləri aid edir.

Qeyd edək ki, danışıqlarda ABŞ dövlət katibi Mayk Pompeo və KXDR Əmək Partiyası Mərkəzi Komitəsi sədrinin müavini Kim Yön Çxol iştirak edib.

Danışıqlardan sonra Mayk Pompeo "Twitter” səhifəsində komandasının işi ilə fəxr etdiyini vurğulasa da, danışıqların təfərrüatlarını açıqlamayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300