Türkiyədəki qatar qəzasının səbəbləri açıqlanıb
Türkiyədə 10 nəfərin ölümü ilə nəticələnən qatar qəzasının səbəbləri açıqlanıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Müəyyən edilib ki, güclü yağışlar səbəbindən relslər ilə su tunelləri arasındakı bərk torpaq qatı tamamilə yuyulub", — deyə məlumatda bildirilir.